Alıcı Məzənnəsi

alıcıların valyutaya, qiymətli kağıza görə ödəməyə hazır olduğu qiymətdir.
Alıcı Qiyməti
Alıcı Opsionu
OBASTAN VİKİ
Alıcı bazarı
Alıcı bazarı – cari qiymətlər şəraitində əmtəə və xidmətlərin izafi təklifi mövcud olan və qiymətlərin düşməsi ilə nəticələnən qısamüddətli bazar situasiyası. Təklifin tələbi üstələməsi alıcıların sövdələr zamanı öz şərtlərini satıcılara qəbul etdirmələrini təmin edir. İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində 1950-ci illərdən başlayaraq əmtəə təklifi artan tələbi üstələdiyi üçün satıcı bazarı Alıcı bazarına çevrilmiş və marketinq kommersiya fəaliyyəti sırasına qatılmışdır. Həmçinin Alıcı bazarı zamanı bazarda güclü rəqabət hökm sürür.İstehsalçıların çox,istehlakçıların az olması istehsal olunandan daha az əmtəə və xidmətin satışını yaradır ki, bura da rəqabət mexanizmi üçün ən əlverişli şərtlərdən yaranır. Həmçinin Alıcı bazarı əsasən inhisarın olmadığı bir səviyyədə müşahidə olunur. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh.
Mübadilə məzənnəsi
Mübadilə məzənnəsi və ya valyuta məzənnəsi — milli valyuta vahidinin xarici valyuta ilə ifadə olunmuş qiyməti. İki müxtəlif valyutanın qiymət nisbəti kimi xarakterizə olunan m.m. aşağıdakı üsullarla müəyyən olunur: 1. Birbaşa kotirovka – 1 vahid milli valyutanın müəyyən həcmdə xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 Azərbaycan manatı = 1,18 ABŞ dolları; 2. Dolayı kotirovka – müəyyən həcmdə milli valyutanın 1 vahid xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 3. Çarpaz kotirovka – iki valyutanın hər birinin 3-cü valyutaya nəzərən məzənnəsi vasitəsilə bir-birində ifadəsi. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 1 ABŞ dolları = 1,65 gürcü larisi təşkil edirsə, onda 1 Azərbaycan manatı = 1,65/0,85 = 1,94 gürcü larisi a. Nominal valyuta məzənnəsi – valyuta bazarında 2 müxtəlif valyutanın bir-birinə mübadilə edildiyi məzənnə; b.
Valyuta məzənnəsi

Yel alıcı
Yel alıcı (fars. بادگیر‎ bâdgir: bâd "yel" + gir "alıcı","alan "ərəb. ملقف ‎malqaf və ya بارجيل barjeel) — binalarda təbii ventilyasiya yaratmaq üçün ənənəvi İran memarlıq elementlərindən biri.
Effektiv valyuta məzənnəsi
Üzən valyuta məzənnəsi
Üzən valyuta məzənnəsi (ing. floating exchange rate) — valyutanın dəyərinin valyuta bazarının təsiri ilə dəyişməsinə icazə verilən valyuta kursu rejimi. Üzən kursdan istifadə edən valyutalar üzən valyuta adlandırılır. Təsbit edilmiş məzənnə rejimində mərkəzi bank tədiyə balansının tarazsızlığını maliyyələşdirmək üçün tələb olunan miqdarda xarici valyutanı təmin etməlidir. Çevik (üzən) məzənnə rejimində isə mərkəzi bank əksinə, xarici valyutaya olan tələb-təklifi tarazlaşdırmaq məqsədilə məzənnənin dəyişməsinə imkan verir. Əgər dolların yenə nəzərən məzənnəsi 0.86 sentə bərabərdirsə və Yaponiyanm ABŞ-yə ixracı artırsa, bu, amerikanların yapon ixracatçılarına daha çox ödəniş etmələrini tələb edir. Yaponiya Mərkəzi Bankı prosesə müdaxilə etmir və məzənnə öz-özünü tənzimləyir. Bu nümunədə məzənnə 0.86-dan 0.90-dək dəyişir və yapon məhsullarını dollar ifadəsində bahalaşdırır, amerikan istehlakçıları üçün onu daha az cəlbedici edir. Çevik məzənnə və üzən məzənnə qarşılıqlı əvəz oluna bilən anlayışlar kimi istifadə olunur.Üzən məzənnə rejimi də özlüyündə iki yerə bölünür:"Təmiz" və "Çirkli" “Təmiz” üzən məzənnə rejimində mərkəzi bank valyuta bazarında iştirak etmir və məzənnə bazar tərəfindən müəyyən olunur. Bu rejimdə mərkəzi banklar heç bir müdaxilə həyata keçirmədiklərinə görə rəsmi valyuta əməliyyatları müvafiq olaraq sıfıra bərabər olur.
Şəxsi alıcı (film, 2016)
Şəxsi alıcı (ing. - Personal shopper) - 2016-cı il istehsalı olan psixoloji gerilim-dram filmi. Parisdə bir məşhur üçün alış-veriş edən və ölən əkiz qardaşı ilə əlaqə qurmaq istəyən amerikan bir qadının başına glənlərdən bəhs edən film.